Avropa İttifaqı bu gün Rusiyaya qarşı 1600 sanksiya tətbiq edəcək.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X” hesabında məlumat verib.
O, bildirib ki, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksini əhatə edəcək.
"Bu, Rusiyanın müharibəyə başlamasından sonra sanksiyalar siyahısında həyata keçirilən ən böyük genişlənmədir”,- Kallas vurğulayıb.
Avropalı diplomat Rusiya və Ukrayna arasında eneji atəşkəsini müsbət qarşılayıb.
"Amma, biz Rusiyanın bu atəşkəsə riayət edəcəyini gözləmirik”,-o bildirib.








