RU
Xarkovda yaşayış binasına dron hücumu olub, xəsarət alanların sayı 11-ə çatıb
12:30
38

Xarkovda yaşayış binasına dron hücumu olub, xəsarət alanların sayı 11-ə çatıb

Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına dron hücumu nəticəsində 11 nəfər xəsarət alıb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kiyev rayonunda yerləşən binanın bir girişində 7-ci, 8-ci və 9-cu mərtəbələr dağılıb. Hadisə yerində yanğın baş verib, axtarış-xilasetmə işləri davam etdirilir.

Xarkov meri İqor Terexov şəhərin Kiyev rayonunda daha bir neçə zərbənin qeydə alındığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ