Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
7News.Az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, onun heç kəslə problemi və mübahisəsi olmayıb.
V. Osmanovun tapılması istiqamətində 8-ci polis bölməsi tərəfindən axtarışlar davam etdirilir.
7News.Az








