RU
Aktyor təyyarəyə buraxılmadı
16:29
451

Aktyor təyyarəyə buraxılmadı

ABŞ-da məşhurlaşan hind aktyoru Waris Ahluwalia başındakı çalma (türban) səbəbiylə təyyarəyə buraxılmayıb.

7News.Az New -York Daily News-a istinadən xəbər verir ki, hadisə Meksikanın paytaxtı Mexikoda baş verib.

New-Yorka səfər etmək istəyən aktyor “Aeromexico” şirkətinin təyyarəsində qadağa ilə üzləşib.

Şirkətin əməkdaşları aktyora başındakı türbanı çıxarmağı tələb edib. Ahluwalia bu tələbi rədd etdiyi üçün təyyarəyə minməsinə icazə verilməyib. 

Aktyor açıqlamasında təhlükəsizlik qaydalarına uyğun davrandığını, ancaq hava yolu personalı tərəfindən türbanının çıxarılması istəyini qəbul etmədiyini söyləyib.

Aktyor təyyarəyə buraxılmadı - Başındakı çalmaya görə...

Aktyor təyyarəyə buraxılmadı - Başındakı çalmaya görə...

Aktyor təyyarəyə buraxılmadı - Başındakı çalmaya görə...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ