Dövlət İmtahan Mərkəzi martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə onlayn sınaq imtahanı keçirəcək.
DİM-dən 7News.Az-a verilən məlumata görə, qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat davam edir. İmtahanlar martın 2-dən etibarən keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.
https://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön" terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

7News.Az