RU
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
12:40
21

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kollecə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün başa çatır.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ