Çinin antiinhisar requlyatorları "Alibaba” şirkətinə ölkə tarixində ən böyük cərimə tətbiqi məsələsini nəzərdən keçirir.
Bu barədə "Wall Street Journal” məlumat yayıb.
Nəşrə danışan mənbələr bildirir ki, cərimə 2015-ci ildə Çinin antiinhisar qanunvericiliyini pozan "Qualcomm Inc” şirkətinin ödədiyi 975 milyon dollardan artıq olacaq.
Xatırladaq ki, Çinin antiinhisar orqanları 2020-ci ilin dekabrında "Alibaba” şirkətinə qarşı araşdırmalara başlayıb.
7NEWS.Az







