RU
lombard
Alimlər 47 metr uzunluğunda dəniz canlısını lentə aldılar – VİDEO
13:00
239

Alimlər 47 metr uzunluğunda dəniz canlısını lentə aldılar – VİDEO

"Falkor” gəmisində Avstraliyanın qərb sahillərində tədqiqat aparan Şmitd okeanı İnstitunun alimləri nəhəng canlını lentə alıblar.

"Daily Star” xəbər verir ki, söhbət suda spiral formasında üzən Apolemia sifonoforu adlı canlıdan gedir.

Sifonoforun xarici halqasının diametri 15 metr, uzunluğu isə 47 metr təşkil edib.

"Mən bir çox ekspedisiyada iştirak etmişəm, lakin ilk dəfədir ki belə bir şey görürəm...Gördüyüm sifonofor koloniyalarının əksəriyyəti 20 santimetr, bəzən 1 metr uzunluğunda olub. Bu koloniya möhtəşəm davranış sərgiləyir”, - deyə alim Rebekka Helm qeyd edib.

Qeyd etmək lazımdır ki, sifonoforlar hidroidlər növünə daxil dalayıcılar fəsiləsinə aid canlılardır. Onlar senosark adlı ümumi bədənə malik koloniya formalaşdırır. Hər senosarkda yüzlərlə, hətta minlərlə klon canlılar – zooidlər olur. Sifonoforlar yırtıcıdır – kiçik orqanizmlər, xərçəngkimilər və balıqlarla qidalanır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ