ABŞ neyrofizioloqları siçovulların onurğa beyni ilə süni şəkildə böyüdülmüş əzələlərin bir parçasını birləşdirib, onları idarə etməyi öyrənərək "biorobot"un prototipini yaradıblar.
"APL Bioengineering” elmi jurnalında bununla bağlı məqalə dərc edilib.
İllinoys Universitetinin alimləri professor Marta Cilletin rəhbərliyi altında süni şəkildə böyüdülmüş toxuma və hüceyrələrdən ibarət olan kibernetik əza və hiss orqanlarının bədənlə əlaqəsinin yaradılmasının ənənəvi robotların və kiberprotezlərin etibarsızlığı və kövrəkliyi problemini həll edəcəyini düşünürlər.
Mütəxəssislər inanırlar ki, insan və heyvanların onurğa beyni həkimlərin müdaxiləsi olmadan bu cür bioprotezlə hərəkəti idarə etməyi öyrənə bilər. Bu nəzəriyyəni sınamaq üçün süni şəkildə böyüdülən əzələləri siçovulun onurğa beyninin parçasına bağlayıblar.
Yeddi gündən sonra onurğa beyni neyronları əzələlərdə "böyüyüb” və onlara siqnal göndərib. Nəticədə, süni əzələlər vaxtaşırı yığılmağa başlayıb.








