Qəhvənin ürək sağlamlığına faydası onun hazırlanma üsulundan asılıdır
7News.az xəbər verir ki, Amerika Ürək Assosiasiyası tərəfindən dərc olunan yeni elmi hesabata əsasən, gündə beş fincana qədər filtr qəhvəsi içmək insult, diabet və ürək çatışmazlığı riskini azalda bilər. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu müsbət təsirdə qəhvənin hazırlanma üsulu və istehlak edilən məhsulun növü həlledici amillərdir.