7NEWS.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniya bir çox sektorlarda işçi qıtlığının öhdəsindən gəlməyə çalışır. Mütəxəssislər işçi qüvvəsi çatışmazlığının yaxın illərdə ölkənin iqtisadi artımını təhdid edə biləcəyi barədə xəbərdarlıq etsələr də, problemin həllini tapmağa çalışan hökumət vətəndaşlıq prosesini sürətləndirməyi planlaşdırır. Almaniyanın Əmək Nazirliyi immiqrasiya üçün bürokratik maneələri azaltmaq, vətəndaşlıq müddətini qısaltmaq və çoxmillətli vətəndaşlığı asanlaşdırmaq üçün yeni plan hazırlayıb ki, ölkəsi xaricdən daha çox ixtisaslı işçilər cəlb edə bilsin.
7NEWS.az








