RU
Almaniyada koronavirusa yoluxmada yeni antirekord
14:40
1134

Almaniyada koronavirusa yoluxmada yeni antirekord

Almaniyada pandemiya dövründə koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb.

7News.Az TASS-a istinadən xəbər verir ki, son sutkada ölkədə 37 120 nəfər yeni növ koronavirusa yoluxub, 154 nəfər isə vəfat edib.

 

Daha əvvəlki antirekord ötən gün qeydə alınmışdı (33 949 nəfər). 

Qeyd edək ki, Almaniyada pandemiya başlayandan indiyədək 4 709 488 nəfər yeni növ koronavirusa yoluxub, 96 346 nəfər isə vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ