RU
Almaniyada naməlum şəxs bıçaqla insanlara hücum edib, ölənlər var
22:10
95

Almaniyada naməlum şəxs bıçaqla insanlara hücum edib, ölənlər var

Almaniyanın qərbində naməlum şəxsin bıçaqla hücum etməsi nəticəsində iki nəfər ölüb.

7NEWS.Az xəbər verir ki, bu haqda "Focus” portalı Almaniya polisinin nümayəndəsinə istinadən məlumat verib.
Qeyd olunub ki, hadisə Lüdviqsxafen şəhərində baş verib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Həmçinin, əlavə olunub ki, polis tərəfindən saxlanılarkən şübhəli şəxs yaralanıb.

Hadisə barədə digər təfərrüatlar məlum deyil.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ