RU
Almaniyadan NATO ilə bağlı gözlənilməz açıqlama
19:40
255

Almaniyadan NATO ilə bağlı gözlənilməz açıqlama

Almaniya Avropada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır, Bundesver Avropa müdafiəsinin təməl daşına çevrilməlidir. 

Bunu Almaniya kansleri Olaf Şolts  deyib.

"Almaniya qitəmizin təhlükəsizliyinin təmin edilməsində liderlik etməyə hazırdır. Bundesverin əsas missiyası Avropada azadlığın müdafiəsidir. Yaxud bir az lirik desək, milli və müttəfiq müdafiəsidir”, - Şolts deyib.

O qeyd edib ki, əvvəllər Bundesver əsasən humanitar işlərlə məşğul olub, indi isə "real prioritetləşdirmə” vaxtıdır.

Kanslerin sözlərinə görə, yenilənmiş Bundesver strateji muxtariyyətin təmin edilməsində Avropanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Şolts bildirib ki, hazırda Aİ üçün ən böyük təhlükə Rusiyadır və Avropa bu qarşıdurmaya hazırdır.

Bundan əvvəl Almaniya Silahlı Qüvvələr Birliyinin rəhbəri Andre Vüstner bildirib ki, milyardlarla avro xərclənməsinə baxmayaraq, Bundesver çox acınacaqlı vəziyyətdədir. Onun fikrincə, Almaniya hökuməti hər il 75 milyard avro ayırmasa, o zaman ordu döyüş hazırlığı vəziyyətində ola bilməyəcək./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ