Almaniyada ən böyük fitnes-klublar şəbəkəsi olan "McFit"in təsisçisi, milyarder Rayner Şaller və ailə üzvlərinin olduğu təyyarənin qalıqları Kosta-Rika sahillərində tapılıb.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə "El Observador” nəşri Kosta-Rika İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 22-də radarlardan itən təyyarə qəzaya uğrayıb. Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.
Milyarderin şəxsi təyyarəsində sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda Markus Kurrek adlı bir şəxs də olub.
7NEWS.Az








