Almaniyanın xarici işlər naziri Annalena Baerbok 22 yaşlı Mahsa Emininin ölümündən sonra başlayan etirazları yatırmaq üçün zorakılıq tətbiq edildiyini əsas gətirərək İrana qarşı qərar verilməsini tələb edib.
7NEWS.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyanın DPA Xəbər Agentliyinə deyib ki, "İranda dinc etirazları ölümcül zorakılıqla yatırmaq üçün istənilən cəhd cavabsız qalmamalıdır”. Bu məsələnin Avropa İttifaqı (Aİ) çərçivəsində tez bir zamanda həll edilməsini və hadisələrlə bağlı nəticə çıxarmasını tələb edən Baerbock, "Mənim üçün bu, məsul şəxslərə qarşı sanksiyaları ehtiva edir" ifadəsini işlətdi.
7NEWS.az








