Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb.
Axşam.az xəbər verir ki, videonu Əməkdar artist Rəşad İlyasov İnstaqram səhifəsində yayımlayıb. O bildirib ki, Xanlarova AzTV-nin yeni il çəkilişinə gəlib.
Müğənni iki pərəstişkarı ilə obyektiv qarşısına keçərək "Mənə olan sevgilərindən soyadlarını dəyişib Xanlarova ediblər. Bu sevgi üçün yaşayıram. Mən beş-altı insan üçün yaşamıram" sözlərini deyib.
Qeyd edək ki, Z.Xanlarova ilə bağlı son günlər bir çox xəbərlər yayılıb. Onun Amerikaya köçdüyü, orada biznes qurduğu bildirilib.

7News.Az