Aparıcı ana olandan sonra həssas olduğunu bildirib:
"Normal insan idim, işində gücündə olan, ağına-bozuna baxmadan həyatını yaşayan. Ana olandan sonra olmuşam dəli. İldən ilə daha da həssas oluram. Dünyada baş verən hadisələr, xəstəliklər, viruslar, təyyarə qəzaları, uşaq zorlanmaları filan o qədər təsir edir ki, axırda Maştağadakı xəstəxanaya düşməsəm yaxşıdır. "Facebook”u bir müddətlik bağlayacam. Çünki neqativ xəbərləri buradan izləyirəm və artıq izləmək istəmirəm. İnstagramda görüşərik".
Xatırladaq ki, Günel Hümbətova evlidir. Həyat yoldaşı Firuz Soliyev ilə birlikdə Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var./big



7News.Az








