RU
15:50
321

"Anam da bizi səhv salır" - Əkiz bacılar onları fərqləndirməyin yollarını dedi

Məşhur əkizlər Sevil-Sevinc bacıları "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olublar.

7News.Az xəbər verir ki, veriliş zamanı əkizlər maraqlı açıqlamaları ilə diqqət çəkib. Sevinc bildirib ki, bir-birinə çox bənzədiklərinə görə əksər insanlar onları səhv salır.

Aparıcı Nanə Ağamalıyevanın xahişinə əsasən Sevinc onları bir-birindən fərqləndirməyin yoların etiraf edib:

"Bəzən olur anam də bizi səhv salır. Girirəm otağa mənə deyir "Sevil filan işi elə". Deyirəm Sevil yox Sevinc. Deyir nə fərqi var. Amma diqqətlə baxanda fərq hiss etmək olar. Sevilin saçı məndən uzundu biraz. İki həftə bundan qabağ gəlsəydik Sevil məndən arıq idi. Amma indi mən də arıqlamışam. Sevilin üzü uzunsovdu mənimki yumru. Bir də ən əsası heç yerdə demədiyimiz bir fərq var. Mənim alnımda çapıq var amma Sevildə yoxdu".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ