7news.az xəbər verir ki, bu sözləri tanınmış xəbər aparıcısı Lalə Azərtaş sosial şəbəkədə yazıb. ATV-nin siması instaqramda qeyd edib ki, anası onu övladları ilə görüşməyə icazə vermir:

"Bir daha aydın oldu ki, anam nəvələrini məndən daha çox sevir. Məni evinə buraxmır, övladlarımla görüşməyə qoymur. Deyir ki, sən hər gün işləyirsən, real təhlükə mənbəyisən”.








