RU
“Anan əxlaqsızdır” deyə ərim boşadı, ikinci həyat yoldaşım da illərdir evdə məni həbs edib – İntihar edən qadının ürək sızladan məktubu
19:52
1355

“Anan əxlaqsızdır” deyə ərim boşadı, ikinci həyat yoldaşım da illərdir evdə məni həbs edib – İntihar edən qadının ürək sızladan məktubu

7news.az bildirir ki? Azadqadin.az saytın daha bir məktub daxil olub. Xoşbəxt olmaq ümidi ilə ikinci dəfə ailə quran xanım həyatının acılarını yaşayır. İki övladı ilə çarəsiz qalıb, oxuculardan məsləhət istəyir. Yalnız məsləhət üçün, həm də bir qadının taleyi əks olunmuş məktubu təqdim edirik:

"Atasız-anasız böyüdüm"

Sizə həyatim haqqında qısaca yazmaq istəyirəm. 4 yaşım olanda atamla anam boşanıb. Anam düz yolda olmayib. Hal-hazırda münasibətimiz demək olar ki, yad insan kimidir. Məni heç vaxt sevməyib. Atam içki düşkünü, dəfələrlə ailə qurub. Onunla da illərdir münasibətim yoxdur. Axırıncı dəfə 5 il əvvəl görmüşəm. Onda da ancaq pul istəyirdi. Nə isə... Əslində, mövzu uzundur. Qısa yazmağa çalışıram. Bir sözlə mənə valideynlərim baxmayıb. Körpəlikdən nənəm böyüdüb. Dayılarım mənə görə evdə nənəmi dəfələrlə döyüblər. Rəhmətlik nənəmə deyirdilər ki, gönder Bakıya atası ya da anası baxsın.

"Problemlərdən qaçmaq üçün ailə qurdum, günüm lap qara oldu"

19 yaşımda ailə qurdum. Özümdən 10 yaş böyük biri ilə. Sırf canımı problemlərdən qurtarmaq üçün. İki uşaqımız oldi. Vəə həyat burada da öz oyununu oynadı. Hər gün evdə dava dalaş! Hər xırda şeydən ötrü "Sən q...nin qızısan” deyib məni döyürdü. Və bir gün dözməyib yeddi illik ailə həyatıma son qoydum.
Onunla ilk 2 il kənddə, 5 il isə bakida kirayə yaşamışdıq. Və boşandım. O, təhqirlərə və fiziki işgəncələrə dözmək mümkün deyildi. Kiməsə möhtac olmamaq üçün evli ola-ola Tibb texnikomunda oxumuşdum.

"İkinci dəfə ailə qurdum"

Boşandıqdan sonra tibb bacısı işləyirdim. Və evliliyimin bitməsindən 5 il sonra təsadüfən xəstəxanaya gələn bir xəstə ilə tanış oldum. Xarici vətəndaş idi. Və bir ay müddətində evlənməyə qərar verdik. Amma ikinci yoldaşımın mənimlə şərti var idi. İşləmiyəcəksən!!! "Sənə də, uşaqlara da baxacam” dedi. Və biz ailə qurduq. Yoldaşım bir ay Bakida, bir ay xaricdə yaşamaqa qərar verdi. Guya ki, buraya birdəfəlik ev alandan sonra köçəcəkdi. Hələki Bakıda iş yoxdu, deyirdi. Və mənim qara günlərim başladı. Mənasız qısqanclıqlar, yersiz dava dalaşlar... Mən gedirdim onun vətəninə (uşaqlara bakıda dayə baxırdı), anasıgilin yanında canım cicim, aşkım, sevgilim deyirdi. .Eləki otağımıza keçirdik yenə dava dalaş... Səbəbsiz davalar yaradırdı. Sadə bir məsələni deyim. Bir gün onun qohumları ilə tucarət mərkəzinə getmişik. Orada bir kofta vardı. Anası dedi ki, qızım, bunu sənə alaq. Mən də üstündəki qiymətə baxdim. 30 dollar idi. Dedim yox istəmirəm bahadı. Çünki yoldaşım özünə alsa da, mənə heç vaxt bahalı paltar almırdı. Nə isə eləki bu sözü dedim, yoldasım orda saldı məni geyim dəyişmə otağına. Mübahisə, dava-dalaş. Deyir ki, niyə qohumlarım bilməlidir ki, mən sənə bahalı bir şey almıram?! Sırf buna görə evə gələndə məni 1 gecə noyabr ayinda balkonda yatızdırdı. Bilirsiz mövzu o qədər çoxdur ki, kitab lazımdır yazmaqa. Tək belə izah edə bilərəm ki, adam içində canım-cicim, təklikdə təhqir-dava dalaş. Mən isə dözməyə məcburam. Çünki, ikinci dəfə ailə qurmuşam, uşaqlarım var. Camaat adama nə deyər?!?! Evə kamera qoşub, evdən çıxmıram. Bütün günü telefondada evin kamerasını izləyir. Yəni, sanki həbsdə imişəm kimi özümü hiss edirəm. Həyatımın 4 ili də belə getdi. Evdən çıxanda isə icazə yalnız uşaqlarla və telefonda kamera ilə izləməklə olar.Və mən bütün bunlara dözdüm.

"O biri otaqdan qızımın səsinə gəldim ki, uşaqlarımın ikisi də baş-başa verib ağlayır"

Son ildə davalarımız o qədər çoxaldı ki, mən dedim boşanıram. Amma, yalandan deyirdim ki, bəlkə itirmək qorxusundan xasiyyəti, münasibəti düzələr. Mən "boşanıram” deyəndə dizini yerə qoyub yalvarır: "Səni sevirəm. Sənsiz yaşaya bilmərəm”. Eləki barışırıq yenə də həmən adam idi. Qısacası düz 1 il də bu cür davam etdik. Və nəhayət 3 gün əvvəl yenə boş söz-söhbətə görə mənlə dalaşdı, nömrəmi blok etdi. Amma uşaqlarla tez tez danışırdı. Uşaqlar evə girən kimi kamerada görür zəng edir. Yenə "Qızım oğlum.Canım cicim....”... Dünən qızıma zəng etdi ki, qızım, sənin anan q...dir. Sən bunu bil!!! Səbəb isə evin kamerası işləməyib. Guya evə kişi salmışam...Və mən də yataq otağında paltar ütüləyirəm. Qızımın ürəyi xəstədir. Elə bu sözü deyən kimi qızımın halı pisləşib. Başlayıb hönkür – hönkür ağlamağa. O biri otaqdan qızımın səsinə gəldim ki, uşaqlarımın ikisi də baş-başa verib ağlayır. Artıq, usaqlarımın göz yaşına dözmədim. Zəng edib 4 ildə ürəyimə yığdıqlarımı, çəkdiklərimi ona boşaltdım. Bir-birimizə ağzımıza gələni dedik.

"Yaxşı olsan ikincidən də boşanmazdın" qınaqlarından qorxuram

İndi boşanmaq qərarına gəlmişəm. Amma, uşaqlarım da, mən də sanki ölü kimiyik. Nə edəcəyimizi bilmirik... Evim yox! İşim yox! 2 usağın xərcləri.. Bir tərəfdən də camaahatın qınağı... "Yaxşı olsan ikincidən də boşanmazdın”, "iki ər dəyişdi” deyə qeybətləri... Aynur xanım, mən nə edim? Necə edim? Hansı yolu seçim? Az qalıram dəli olum fikirdən, çarəsizlikdən. Bir yandan da darıxıram onun üçün. Bilmirəm sevgidir? Yoxsa öyrəşmək? Dərdimi bölüşəcək anam yox, qohumum yox. Tək-tənhayam.
Mənə yol göstərin xahiş edirəm...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ