RU
Anar Nağılbazın oğlunun ad gününə yalnız o gəldi — FOTOLAR
11:10
423

Anar Nağılbazın oğlunun ad gününə yalnız o gəldi — FOTOLAR

Mərhum repçi Anar Nağılbazın oğlu Tamerlanın 10 yaşı tamam olub.

Paytaxtdakı məkanlardna birində keçirilən ad gününə Nağılbazın həmkarlarından yalnız Ramil Nabran qatılıb. Repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva əməkdaşımızla söhbətində bildirib ki, təmtəraqlı ad günü keçirmək istəmədikləri üçün yalnız sosial şəbəkə vasitəsilə hamIya ümumi dəvət göndərib:

"Mən geniş ad günü keçirmək istəmirdim. Sadəcə, "İnstagram"da yazdım ki, kim istəsə, gələ bilər. Yalnız Ramil Nabran gəldi, Tamerlanı təbrik etdi. Gələnə də, gəlməyənə də təşəkkür edirəm".

A.Cəbiyeva A.Nağılbazın valdieynləriylə münasibətinə də toxunub:
"Atası Rizvan müəllim gəlib nəvələrinə baş çəkir. Bu yaxınlarda gəlmişdi. Nəvələrinə telefon, planşet, paltarlar aldı. Münasibətimiz pis deyil, salamlaşırıq".

Qeyd edək ki, A.Nağılbaz bu ilin avqust ayının 4-də vəfat edib./ölkə


Anar Nağılbazın oğlunun ad gününə yalnız o gəldi — FOTOLAR
Anar Nağılbazın oğlunun ad gününə yalnız o gəldi — FOTOLAR
Anar Nağılbazın oğlunun ad gününə yalnız o gəldi — FOTOLAR
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ