RU
Ankarada yaşayış binasında partlayış, ölənlər və yaralananlar var - Fotolar
11:50
242

Ankarada yaşayış binasında partlayış, ölənlər və yaralananlar var - Fotolar

Türkiyənin Ankara şəhərinin Keçiörən rayonunda yerləşən yaşayış binasında partlayış baş verib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üçmərtəbəli binada baş verən  partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

 

Ölən şəxslərin ata və onun azyaşlı qızı olduğu bildirilir.

Partlayışın qaz sıxışması nəticəsində baş verdiyi bildirilir. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.

 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ