RU
Aparıcı Turan deputata:
16:50
1307

Aparıcı Turan deputata: "Kişi olmaq lazımdır" - VİDEO

Deputat Arif Rəhimzadənin Rusiyada verdiyi müsahibə zamanı söylədiyi "Azərbaycanlılar türk deyil" ifadəsi bir çoxları kimi, aparıcı Turan İbrahimov tərəfindən də birmənalı qarşılanmayıb.

7News.az
 xəbər verir ki, aparıcı deputatı tənqid edib. O bildirib ki, ARəhimzadə dərhal üzr istəməlidir:

"Azərbaycanlıların türk olmadığını demək xəyanətə bərabərdir. Mən bir jurnalist olaraq, televiziya işçisi olaraq birinin Rusiyada belə bir söz işlətməsini heç cür qəbul etmirəm və bütün ictimaiyyəti, hətta Milli Məclisin bütün cəzalandırma mexanizmlərini çağırıram ki, o şəxsi necəsə cəzalandırsın. Arif Rəhimzadə dərhal üzr istəməlidir. Necə ki, Aslan Şahverdiyevi məcbur etdiniz xalqdan üzr istədi, Arif Rəhimzadə də elə etməlidir. Kişi olmaq lazımdı. Bu cürə məsələlərə kökündən son qoymaq lazımdı. Ulu önədrimiz Heydər Əliyev həmişə deyib: Mən türkəm, babam da, babamın babası da türk olub".//big

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ