Aparıcı Xoşqədəm Şəbnəmin həyat yoldaşından danışdı: "Hacı çox mədəni insandır" - VİDEO

Aparıcı Xoşqədəm Şəbnəmin həyat yoldaşından danışdı:
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Şəbnəm Tovuzlunun ailəsindən danışıb.

7News.Az xəbər verir ki, o, ifaçı xanımın həyat yoldaşı Hacıdan danışıb və onunla ailəvi dost olduqlarını bildirib: 

"Mən Esmiradan danışarkən yazdılar ki, Şəbnəmi nəzərdə tutursan. Mən Şəbnəmi nəzərdə tutmurdum. Onun ailəsini yaxından tanıyıram. Həyat yoldaşı Hacı ilə bərabər eyni süfrədə əyləşmişik. Şəbnəmin çox gözəl ailəsi var. Ailəvi dostuq. Çox mədəni insandır. Efirə çıxmaq istəmir. Bu da normaldır. Mənim böyük oğlum da deyir ki, nə edirsən et, məni efirə çıxarma, sosial şəbəkədə şəklimi paylaşma. Xoşlamırlar, onları başa düşmək lazımdır". 



 

7News.Az

Xəbər lenti