Aparıcı Zaur Xumara bahalı brilliant üzük hədiyyə etdi - VİDEO
Aparıcı Zaur Kamal sevdiyi xanım ifaçı, Respublikanın əməkdar artisti Xumar Qədimovanı "5/5"- verilişinə qonaq dəvət edib. İlaxır çərşənbə günü canlı yayımda qonaq olan təkrarsız ifaçıya aparıcı Zaur sevgisini etiraf edib:
"Xumar xanım mənim eşqimdir. Leyli Məcnun eşqi bir yana, 21-ci əsrin ən möhtəşəm sevgisi Xumar və Zaur sevgisi olacaq".
Ancaq aparıcı eşq elan etməklə kifayətlənməyib. Belə ki, xalq artisti Zeynəb Xanlarovaya etdiyi jesti təkrarlayıb. Zaur Kamal Xumar Qədimovaya bahalı üzük hədiyyə edib.