Şəkidə şəhər ərazisində qar müşahidə olunmasa da ətraf ərazilər nazik ağ örpəyə bürünüb.
Qarın ilin bu vaxtında yağmasının isə təbiətə xeyri olduğu kimi zərəri də ola bilər.
7News.az ARB Şəki-yə istinadən xəbər verir ki, aprel ayında müşahidə edilən qarlı hava şəraitini normal qəbul edənlərlə yanaşı anomal hal olduğunu deyənlər də var.
Sakin: "Aprel ayıdı. Məncə, yox da".
Sakin: "Biz tərəfə ziyanı olsa da, aran yerlərə taxıla zada xeyirlidir".
Sakin: "Xeyiri olmağa çoxdur, amma açan çiçəklərini yandırır. Meyvə olmaya bilər".
Sakin: "Neçə ildir ki, adət halını alıb. Hər apreldə yağır. Hələ elə olur mayda da yağır".
7News.az










