7NEWS.az xəbər verir ki, "Aqşın Fatehin iş adamı Elçinlə şərik olduğu bildirilən kluba şəhid plakatı vuruldu”.
Məlumata görə, söhbət Bakıda fəaliyyət göstərən 86 Klubdan gedir. Klubun qarşısında şəhid plakatının yerləşdirilməsi diqqət çəkib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Şəhidlərin adının və obrazının hansı məqsədlə belə məkanlarda istifadə edildiyi sual doğurur. Xüsusilə də kommersiya fəaliyyəti göstərən obyektlərdə şəhidlərin xatirəsinə hörmət məsələsi həssas mövzu olaraq qalır.
Məsələ ilə bağlı klub rəhbərliyinin və aidiyyəti qurumların açıqlaması ictimaiyyət üçün maraqlıdır./RA
7NEWS.az








