lombard

Aralarındakı cinsi münasibət bütün qəsəbənin karantini ilə nəticələndi - FOTO/VİDEO

Aralarındakı cinsi münasibət bütün qəsəbənin karantini ilə nəticələndi - FOTO/VİDEO

Koronavirus əlamətləri olan qadınla kişi tanışı arasında münasibət 2500 sakini olan qəsəbənin karantinə alınması ilə nəticələnib. "HaberGlobal”ın məlumatına görə, hadisə Argentinada baş verib.

Bildirilir ki, Santyaqo-del-Estero vilayətinin cənubundakı Selva qəsəbəsi ətraf aləmdən tamamilə təcrid olunub, yaşayış məntəqəsinə giriş-çıxış qadağan edilib, yanacaqdoldurma stansiyaları, barlar, restoranlar, məktəblər, dükanlar və ictimai iaşə obyektləri bağlanıb. Yalnız aptek və kiçik supermarket arabir işləyir.

 

Así está la ciudad de Selva hoy, en cuarentena y aislada absolutamente.
Todo por causa de dos personas que, en la ciudad de Cordoba violaron el auto aislamiento obligatorio. Debemos cumplir las medidas obligatorias, para prevenir cualquier posible circulación del Covid-19 !!

121 people are talking about this

  

Məlumata görə, İspaniyaya səyahətdən qayıtdıqdan sonra qadın 27 yaşlı tanışı ilə cinsi münasibətdə olub. Qadın özündə koronavirus simptomlarından şübhələndiyini desə də, sevgilisi bunu problem hesab etməyib.

Sonradan gənc 20 dostunun da olduğu tədbirdə qadınla yaşadığı münasibətlərin təfərrüatlarını danışıb. Yığıncaqda iştirak edənlərdən bəziləri bu barədə rəsmilərə xəbər verib.

Səhiyyə Nazirliyi və polis dərhal hərəkətə keçərək qəsəbəni karantinə alıb. Bundan başqa, qadının əri, özü və sevgilisi təcrid olunub.

 


Xəbər lenti