Argentina azarkeşi finaldakı məğlubiyyətdən sonra intihar edib
7News.az xəbər verir ki, Banqladeşdə yaşayan 30 yaşlı Argentina azarkeşi Sumon Hossain Dünya Çempionatının finalından sonra evində ölü vəziyyətdə tapılıb. Yerli KİV-in məlumatına görə, Hossain Argentinanın məğlubiyyəti ilə barışa bilmədiyi üçün intihar edib. Polis isə bildirib ki, ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib və hadisə ilə bağlı araşdırma davam edir.