İrkutskda (Rusiya) baş verən hadisə şəhər sakinlərini şoka salıb.
7News.Az kp.ru-ya istinadən xəbər verir ki, 13-cü mərtəbədə əlində uşaq özünü atacağı ilə hədələyən şəxsi qonşusu sakitləşdirməyə çalışıb. İntihar etmək istəyən şəxs isə həyat yoldaşı gəlməyənə kimi pəncərədən düşməyəcəyini deyib. Bəlli olub ki, xanımı onunla dalaşıb və evi tərk edib. Kişi qışqırırmış ki, arvadı ona xəyanət edib. Hadisə yerinə psixoloq gəlib.
O da bəlli olub ki, hadisədən əvvəl ər arvadı döyüb, gözlərinin altı göm-göy olan qadın da evdən qaçıb.








