RU
Arvadını döyüb, saçını kəsib, BIÇAQLADIQDAN sonra isə...
15:00
153

Arvadını döyüb, saçını kəsib, BIÇAQLADIQDAN sonra isə...

Türkiyədə kişi həyat yoldaşını döyüb, saçını kəsib, bıçaqlayıb evə həbs etdi.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Savaş.A həyat yoldaşı Negum.A-dan pul istəyib və ala bilmədikdə qadını döyüb.

Daha sonra isə Savaş.A mətbəxdən götürdüyü bıçaqla Negum.A-nın saçlarını kəsib və bədənin bir neçə yerindən yaralayıb.

Həyat yoldaşını evə həbs edən kişi hadisə yerindən qaçıb.

Negum.A eyvana çıxıb və qışqıraraq qonşulardan kömək istəyib. Qadının səsini eşidən qonşular təcili tibii yardıma və polisə xəbər veriblər.

Hadisə yerinə gələn həkimlər Negum.A-ya ilkin yardım göstərdikdən sonra xəstəxanaya aparıblar.

Savaş.A qısa müddətdən sonra polis tərəfindən saxlanılıb.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ