RU
ASAN Xidmətə 25 milyonuncu müraciət
14:09
388

ASAN Xidmətə 25 milyonuncu müraciət

ASAN xidmətdə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

7News.Az xəbər verir ki, bu müraciət 5 saylı Bakı ASAN Xidmət mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib.

O, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. 25 milyonuncu müraciətin sahibi kimi Bənövşə Rzayeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb:

 

"ASAN Xidmət 25 milyonuncu vətəndaşı qəbul etdi. Bu rəqəm simvolik olsa da, bizim üçün böyük əhəmiyyəti var. Bu, ASAN Xidmətin dövlət xidmətlərinin çatdırılması konsepsiyası olaraq necə uğurlu bir islahat olduğunu göstərən dəyərlərdən biridir. Əhali xidmətdən razı qaldığı üçün dəfələrlə müraciət edir. Bildiyiniz kimi, 15 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir. Növbəti ildən daha 5 ASAN Xidmət mərkəzi ilə vətəndaşların xidmətində olacağıq. Bunlar Tovuz, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakən rayonlarıdır”.

Qeyd edək ki, hazırda 5-i paytaxt Bakıda olmaqla, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidə ASAN Xidmət mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, regionlarda 10 səyyar ASAN Xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. ASAN Xidmət 11 dövlət orqanının 320 xidməti ilə vətəndaşlara xidmət edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ