RU
lombard
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində tədbirlərini davam etdirir (FOTO)
09:39
201

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində tədbirlərini davam etdirir (FOTO)

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Artıq bir neçə həftədir mütəmadi olaraq bu məqədlə xeyriyyə aksiyaları keçirən İctimai Birlik bu həftə də ön ənənələrinə sadiqliyini nümayiş etdirib.

Trend-in məlumatına görə, İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırığı ilə Bakı şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara müvafiq yardımlar edilib, eyni zamanda İctimai Birliyin fəalları tərəfindən insanlara zəruri maarifləndirici məlumatlar çatdırılıb.

Bu gün keçirilən növbəti aksiya zamanı 60-dan çox sosial qayğıya ehtiyacı olan aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirilib, onlara ərzaq yardımı göstərilib, eyni zamanda tibbi maska paylanılıb. İctimai Birliyin xeyirxahlıq missiyasına uyğun olaraq bütövlükdə sosial müdafiəyə və qayğıya ehtiyacı olan 800-dən artıq ailəyə yardım edilib. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunublar və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.

 

Bu taleyüklü günlərdə ölkə başçısı İlham Əliyevin "Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən edən "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcək, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza mütəmadi olaraq yardımlar ediləcəkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ