İzlənmə rekordları qıran "Aşk-ı Memnu” serialı əsasında film çəkiləcək.
7News.Az "tv100”ə istinadən xəbər verir ki, ekran işində hadisələr 1900-ci illərdə cərəyan edəcək.
Filmdə "Bihter Ziyagil” obrazını son vaxtlar "Bergen” filmi ilə məşhurluq qazanmış aktrisa Farah Zeynep Abdullah canlandıracaq.
Ekran işi rəqəmsal platformada təqdim olunacaq.
"TAFF Pictures”in çəkdiyi filmin ssenari müəllifi Merve Göntemdir.
Qeyd edək ki, illər əvvəl Kanal D-də yayımlanmış "Aşk-ı Memnu” serialında baş rolları Beren Saat ("Bihter”) və Kıvanç Tatlıtuğ ("Behlül”) canlandırıblar.









