Milli Məclisin deputatı Cavanşir Feyziyev İngiltərədəki mülkləri ilə gündəmə gəlib.
Jurnalist Cavanşir Həsənli İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddiası əsasında deputat Cavanşir Feyziyevin dondurulmuş əmlakları ilə bağlı məhkəmə qərarını əldə etdiyini deyib.
O bildirib ki, qərarda təkcə Londondakı "dondurulan" 22 əmlakdan söhbət getmir, həmçini deputatın cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən LGT bank hesabındakı vəsait də bloklanıb:
"Söhbət bir neçə milyon İsveçrə frankından gedir. Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır. Bizim əjdahalar milyonları "cırtdanlar"a yedirdirlər. Kəmaləddin Heydərov Andorrada, Cavanşir Feyziyev Lixtenşteyndə... Macəralar bitmir".
C.Həsənli həmçinin deputat Feyziyevin Milli Məclisin deputatı Cavanşir Feyziyevin Londonda aldığı mülklərin siyahısını da açıqlayıb:
1. Ailə evi (Family Home)
Ödəmə tarixi 06.10.2008 / 04.11.2013
Alış qiyməti £2.1 mln + £1.89 mln
2 Cavendish House – Mənzil 13
15.02.2013-də alınıb
Alış qiyməti £318 500
3 Cavendish House – Mənzil 14
15.02.2013
Alış qiyməti £318,500
4. Goldhawk House – Mənzil 51
17.10.2016
£509,950
5. Goldhawk House – Mənzil 52
17.10.2016
£374,950
6. Goldhawk House – Mənzil 63
17.10.2016
£514,950
7. Goldhawk House – Mənzil 65
17.10.2016
£503,452
8. Golding House – Mənzil 39
17.05.2017
£492,952
9. Golding House – Mənzil 41
01.12.2016
£489,202
10. Golding House – Mənzil 42
09.01.2017
£493,952
11. Golding House – Mənzil 51
17.05.2017
£498,702
12. Golding House – Mənzil 53
13.02.2017
£459,952
13. Golding House – Mənzil 54
13.02.2017
£498,702
14. Golding House – Mənzil 65
15.02.2017
£503,452
15. Golding House – Mənzil 67
28.02.2017
£498,702
16. Golding House – Mənzil 68
23.02.2017
£503,452
17. Argent House – Mənzil 45
04.10.2018
£531,335
18. Argent House – Mənzil 46
04.10.2018
£531,335
19. Argent House – Mənzil 55
04.10.2018
£536,038
20. Argent House – Mənzil 56
04.10.2018
£536,038
21. Whistler Square – Mənzil 30 (8 Whistler Square)
27.01.2020
£18,400,000
22. Whistler Square – Mənzil 23 (8 Whistler Square)
20.12.2019
£8,100,000
Sonuncu iki mənzil (18,4 və 8,1 milyon dəyərində) Cavanşir Feyziyevin öz adınadır.
Mənbə: İngiltərə Ali Məhkəməsi
İstinad nömrəsi: [2024] EWHC 501 (Admin)
İş nömrəsi: AC-2023-LON-001768
İngiltərə Ali Məhkəməsinə (İstinad nömrəsi: [2024] EWHC 501 (Admin), İş nömrəsi: AC-2023-LON-001768) cavabdeh tərəf kimi Cavanşir Feyziyevin təqdim etdiyi gəlir məlumatlarına əsasən, o, 1987-ci ildə tərcümə şirkəti yaradıb.
1990-cı illərdə Philip Morris ilə işləyib.
Əsas gəlir mənbələri:
1. Planet Co. (1998)
Alman tütün şirkətinin eksklüziv distribyutoru olub, 2000–2002 arası: 12 milyon dollar dividend əldə edib.
2. Payların satışı distribütorluq hüquqlarını satıb
2002–2016 arası böyük komissiyalar qazanıb.
3. Avromed şirkəti əvvəl satış meneceri, sonra direktor olub.
2006-da səhmdar olub.
2010-da deputat seçildiyi üçün vəzifədən ayrılıb İddiasına görə: 2006–2016 arası 49 milyon dollar dividend əldə edib.
4. Turizm biznesi (Tour Invest)
əlavə olaraq: 7.5 milyon dollar gəlir
5. Daşınmaz əmlak investisiyaları (Azərbaycanda)
20 milyon dollardan çox kapital qazancı, əlavə 3 milyon dollar gəlir.








