RU
lombard
Aslan İsmayılov:
19:47
1880

Aslan İsmayılov: "Benzinin qiymətinin qalxması qiymətləri qaldıracaq və vətəndaşlar yenə sınağa çəkiləcək"

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış hüquqşunas Aslan İsmayılov benzinin qiymətinin qalxmasına münasibət bildirərkən deyib: "Bu günlərdə yazmışdım ki, Azərbaycanda sanki iki hakimiyyət mövcuddur. Birinin Qarabağda apardığı quruculuq işləri nə qədər uğurlu, qürurvericidirsə, digərinin Azərbaycanda apardığı siyasət o qədər də yanlış və utanvericidir. 

Dünən benzinin qiyməti yenə qalxdı. Hamı da bilir ki, bu qiymət artımı avtomatik olaraq qida məhsullarının və bütün növ xidmətlərin bahalaşmasına gətirəcək. İqtisadi böhrandan, pandemiyadan, Vətən Müharibəsindən sonra maddi durumu onsuz da ağır olan vətəndaşları növbəti dəfə sınağa çəkmək heç bir məntiqə sığmır. Sanki kimlərsə vətəndaşları Dövlətə qarşı qoymaq istəyir. 

Hakimiyyət rəsmilərinin bəzi izahlarını dinlədim. Əgər 95, 98 markalı benzinlər xaricdə istehsal olunduğundan neftin dünyada bahalaşması ilə bağlı qaldırılıbsa nə üçün bu günə qədər Azərbaycanda bu növ benzinləri istehsal edən müəssisələr yaradılmayıb? Uğursuz tikilən, vəsaitin əksər hissəsi mənimsənilən Bakı-Quba yoluna, Oğuz-Bakı su kəmərinə milyardlar ayıran hakimiyyət nə üçün bu zavod üçün pul tapmayıb? İkincisi, bəli, 98 markalı benzini çox imkanlı şəxslər istifadə edir. Bəs nə üçün kütləvi istifadə edilən 95 markalı benzinin qiyməti də qaldırıldı? Üçüncüsü, əgər doğrudan da bu artımlar həmin növ benzinlərin xaricdən idxal edildiyindən, dünyada neftin qiymət artımı ilə bağlı qaldırılıbsa, onda niyə 92 markalı benzininin qiyməti aşağı salınmayıb? Axı, Azərbaycan dünyaya neft ixrac edən ölkədir. Dünyada neftin qiyməti qalxıb və neftin qiyməti büdcəmizdə nəzərdə tutulduğundan çox-çox yuxarıdır." 

7NEWS.az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ