Müğənni Murad Boz və aktrisa Aslı Enver uzun ayrılıqdan sonra barışıb.
2,5 illik münasibətdən sonra ötən aprel ayında ayrılan Murad və Aslı bir neçə gün əvvəl barışdıqlarını bildiriblər.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Muradın aktyor Eser Yenenlerlə birlikdə parti verməsi və qızlarla əylənməsi olmuşdu.








