lombard

Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc işçiləri “Kreativ Azərbaycan” portalının təqdimatında

Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc işçiləri “Kreativ Azərbaycan” portalının təqdimatında
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçiləri Bakı Konqres Mərkəzində keçirilən "Kreativ Azərbaycan” portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilən Nazirlər panelinin nəticələrini müzakirə etdilər.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov müasir kreativ təcrübənin öyrənilməsinin və tətbiqinin önəmindən, yaradıcı sənayenin regionlarda tətbiqindən, dərnəklərin fəaliyyətinin genişləndirilməsindən, mədəniyyət müəssisələrinin müasir tələblərə cavab verən səviyyədə formalaşmasından, bu məsələdə gənclərin üzərinə düşən məsuliyyətdən və s.  danışaraq müasir yanaşma ilə yaradıcı sənayeni formalaşdırmağın zəruriliyini qeyd etdi. İdarə rəisi bildirdi ki, əsas məqsədin gənclərin bu prosesə qoşulması, qabiliyyətli gənclərin  mədəniyyət müəssisələrində potensialını nümayiş etdirməsinə zəmin yaradılmasıdır.

TədbirdəTovuz "Xədicə” rəqs qrupunun bədii rəhbəri  Arif Məmmədrzayev, Gitara ifaçıları qrupunun üzvü Eşqin Xəlilov, Ağstafa rayon Mədəniyyət Mərkəzinin aktyoru Vüsal Dərviş, həmin mərkəzin əməkdaşı  Elina Quliyeva, Tovuz rayon Heydər Əliyev Mərkəzinin elmi  işçisi  Nərgiz Sabirli, Ağstafa rayon Həsənsu kənd Folklor Klubunun müdiri Rüfət Axundov, Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Anar Məmmədov və başqaları təkliflərlə çıxış edərək bildirdilər ki, Azərbaycanı bütün sahələrlə bərabər mədəniyyət müəssisələrinin yeni müasir tələblərə cavab verən səviyyədə görmək hər birimizin arzusu və hədəfi olmalıdır.
 undefinedundefined
 undefined
 
 
7News.Az

Xəbər lenti