RU
14:20
387

"AstraZeneca"dan imtina edən ölkələrin sayı 11-ə çatdı - FOTO

11 ölkədə "AstraZeneca" peyvəndinin istifadəsi dayandırılıb.

7News.Az haberler-ə istinadla xəbər verir ki, İrlandiyanın ötəngünkü qərarından sonra "AstraZeneca" peyvəndinin istifadəsinə qadağa qoyan ölkələrin sayı 11-ə çatıb.

Buna səbəb kimi peyvənd vurduran şəxslərin qanının laxtalanması göstərilir.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycana 432 000 doza "AstraZeneca" vaksini gətiriləcək.

7News.Az

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ