RU
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
11:10
39

Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ