Füzuli rayonunda ata doğma qızına təcavüz edib.
Rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub.
Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. O, həyat yoldaşını anasına qulluq etmək üçün Bakıya göndərib. Həmin gündən etibarən Vasif rayon ərazisindəki kafelərdə dostları ilə yeyib-içib, evə sərxoş gəlib. O, bir gün evə sərxoş gələrkən qızını telefonla başqa şəxslə danışdığını görüb və telefonu ondan alıb. Məlum olub ki, 2009-cu il təvəllüdlü qızı rayonda yaşayan bir oğlanla yazışır. Qızı atasından xahiş edib ki, bu barədə heç kimə məlumat verməsin. Ata qızının xahişi ilə razılaşıb və bu barədə heç kimə məlumat verməyib. Səhəri gün Vasif evdə qızının yatdığını görüb onun otağına keçib və ona təcavüz edib. Qız atasına müqavimət göstərsə də, Vasif onun köməksiz vəziyyətindən istifadə edərək döyüb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ata ilə qızının bu münasibəti bir il davam edib. Bir ildən sonra qız bu barədə sevgilisinə məlumat verib və atası tərəfindən təcavüzə məruz qaldığını deyib. Oğlanın şikayəti əsasında polis əməkdaşları əməliyyat tədbiri keçirib və Vasif Ağayev saxlanılıb. O, hadisəni etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.Ağayev 15 il azadlıqdan məhrum edilib.








