Ermənistanda qayda pozuntusuna yol verən sürücünü saxlamağa çalışan iki patrul polisi xəsarət alıb.
7News.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Kotayk vilayətində baş verən silahlı insident barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, asayiş keşikçilərinin "saxla" tələbinə məhəl qoyulmayıb və buna cavab olaraq "Hyundai" markalı avtomobildən polislərə atəş açılıb.
Hadisədən bir qədər sonra sözügedən avtomobil tapılıb, maşını idarə edən sərxoş şəxs və onun sərnişini tutularaq istintaqa təhvil veriliblər.
Yaralı halda tibb müəssisəsinə çatdırılan polis işçilərinin səhhətinin stabil olduğu bildirilir.








