RU
Atatürk Liseyinə qəbul başlayır
12:12
1580

Atatürk Liseyinə qəbul başlayır

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinə birinci siniflərə qəbul başlayır.
7News.az-ın xəbərinə görə, Bakı Atatürk Liseyinin birinci siniflərinə sənəd qəbuluna aprel ayının 10-dan start veriləcək. Uşaqlarının sözügedən təhsil müəssisəsində oxumasını istəyən valideynlər may ayının 10-dək uşağın şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsinin əsli və surətini, eləcə də 2 ədəd 3-4 ölçülü fotoşəkili Bakı Atatürk Liseyinə müvafiq sənədləri təqdim etməlidirlər. Sənəd qəbulu başa çatdıqdan sonra liseydə birinci sinifdə oxumaq istəyənlər üçün imtahan təşkil olunacaq. Qeyd edək ki, Bakı Atatürk Liseyində dərslər Azərbaycan və Türkiyə türkcəsində tədris olunur.//Newscenter.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ