RU
ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib
21:50
519

ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə Ann Linde "Twitter”də bildirib.

"Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə İsveç XİN başçısı qeyd edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ