ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı olub.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə ATƏT sədri "Twitter"də bildirib.
"Muxtar Tleuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım”, - Polşa XİN rəhbəri qeyd edib.
7NEWS.Az








