RU
“Yeraltı”nın yayımı dayandırılır?
16:04
30

“Yeraltı”nın yayımı dayandırılır?

Türk seriallarında zorakılıq səhnələrinin efirdən çıxarılması ilə bağlı iddialar gündəmdə qalmaqda davam edir. Xüsusilə "Yeraltı" serialının ləğv ediləcəyi barədə yayılan xəbərlər sosial mediada geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı jurnalist Birsen Altuntaş açıqlama verərək iddiaları təkzib edib.

Onun sözlərinə görə, NOW TV kanalında yayımlanan serialın bağlanması planlaşdırılmır.

Bildirilib ki, son günlər Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən məktəb hücumlarından sonra televiziya məzmunlarında zorakılıq elementləri yenidən müzakirə mövzusuna çevrilib. Bu səbəbdən bəzi seriallara qarşı tənqidlər artıb və onların dayandırılması ilə bağlı çağırışlar səsləndirilib.

Bununla belə, "Yeraltı" serialı efirdə qalacaq. Sadəcə olaraq, gələcək bölümlərdə silah və zorakılıq səhnələrinin təqdimatında daha diqqətli və həssas yanaşma tətbiq olunacağı bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ