RU
Avropa çempionatında medallarımızın sayı 5-ə çatdı
11:05
1040

Avropa çempionatında medallarımızın sayı 5-ə çatdı

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

7News.az xəbər verir ki, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. 61 kq-da mübarizə aparan ikiqat sünya çempionu Hacı Əliyev bürünc medal uğrunda həlledici görüşdə Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb. Qarşılaşmada rəqibinə bir xal belə verməyən (7:0) güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.

74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov isə finalda Türkiyə təmsilçisi Soner Demirtaşa minimal hesabla məğlub olaraq gümüş medala yiyələnib.

Xatırladaq ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ