RU
Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarının
19:00
479

Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarının "qızıl pasport"larını ləğv etməyi tövsiyə edib

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələri adları sanksiya siyahılarına düşmüş Rusiya və Belarus vətəndaşlarına investisiya qarşılığında təqdim edilmiş "qızıl pasport"ları ləğv etməyi tövsiyə edib.

7NEWS.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AK nümayəndəsi Brüsseldə keçirilən brifinq zamanı bildirib.

Avropada narahatdırlar ki, sanksiyalara məruz qalmış və ya Rusiyanın Ukraynaya müdaxiləsinə açıq dəstək nümayiş etdirən Rusiya və Belarus vətəndaşları "qızıl pasport” sxemi çərçivəsində Şengen ərazisində sərbəst hərəkət etmək imkanı qazana bilərlər.

Avropa Komissiyası bununla əlaqəli meydana gələ biləcək riskləri ətraflı şəkildə araşdırmağı tövsiyə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ