RU
Avropa Parlamentinin Prezidenti xəstəxanaya yerləşdirilib
19:05
120

Avropa Parlamentinin Prezidenti xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin Prezidenti David Sassoli xəstəxanaya yerləşdirilib.

7NEWS.Az-ın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Roberto Cuillo bildirib.
O qeyd edib ki, Avropa Parlamentinin Prezidenti dekabrın 26-dan xəstəxanaya yerləşdirilib və onun bütün işləri təxirə salınıb.

"İmmun sisteminin disfunksiyası nəticəsində yaranan ciddi fəsadlara görə xəstəxanaya yerləşdirmək zəruri olub", - deyə o bildirib.

Xatırladaq ki, 64 yaşlı David Sassoli ötən ilin sentyabrında parlamentin plenar iclası zamanı ağır pnevmoniya xəstəliyinə tutulub və xəstəxanaya yerləşdirilməli olub. Müalicə almaq məqsədi ilə İtaliyaya qayıdıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ